Anadolu agentliyinin qar uçqunu altında qalaraq itkin düşən müxbirinin xilasedici qrupun tərkibində axtarışı zamanı çaya düşən hərbçilərdən digərinin də cəsədi tapılıb. 

Unikal.org Türkiyə KİV-ə istinadla xəbər verir ki, rəsmi mənbələrdən hər iki əsgərin xidməti vəzifə borcunu yerinə yetirərkən şəhid olduqları bildirilib. 

xxx

Türkiyədə Bayburt-Trabzon arasındakı Soğanlı dağında uçuruma düşən Anadolu Agentliyinin müxbiri Abdulqadir Nişançını axtaran xilasedici heyət arasında iki əsgər bu gün itkin düşüb.

Unikal.org xəbər verir ki, əsgərlərdən birinin cəsədi tapılsa da, digəri hələ də axtarışdadır.
Xatırladaq ki, Abdulqadir Nişançı mayın 10-dan uçuruma düşdükdən sonra tapılmır. Bu gün isə jurnalistin axtarışı zamanı 2 nəfər xilasedici çaya düşmüşdü.