20 İyun 2019
19 İyun 2019
ABŞ-da atışma - xəsarət alanlar var
ABŞ-da atışma  -xəsarət alanlar var DÜNYA 19:21 2019-05-18

ABŞ-da atışma olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə İndiana ştatının Mansi şəhərində, "Ball State University" universiteti yaxınlığında, şənlik mərasimi zamanı baş verib.

Hadisə zamanı 7 nəfər xəsarət alıb. Ştat polisinin rəsmi nümayəndəsi Co Uinkl bildirib ki, yaralılardan 3-nün vəziyyəti ağırdır. Onun sözlərinə görə, mərasimdə universitet tələbələri də iştirak edib. Onlardan 4-ü odlu silahdan açılan atəşlə yaralanıb.

Hadisə ilə bağlı təhqiqat aparılır.

Daha əvvəl ABŞ-da baş vermiş atışmada 5 nəfər xəsarət alıb.