Gəncə şəhərinin Nizami rayonunda mənzildə meyit tapılıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Mürsəlov Sudeyin Məmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.