27 İyun 2019
26 İyun 2019
ADU-nun bu fakültəsi tələbə qəbulu elan edir
ADU-nun bu fakültəsi tələbə qəbulu elan edir CƏMİYYƏT 17:38 2019-05-20

Azərbaycan Dillər Universitetin Əlavə təhsil və təcrübə fakültəsi 2019/2020-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidən hazırlanması təhsilinə Azərbaycan Dillər Universitetində mövcud olan bütün ixtisaslar üzrə tələbə qəbulu elan edir. 

Unikal.org xəbər verir ki, tələb olunan sənədlər:

•    rektorun adına ərizə;
•    diplom və əlavəsinin surəti;
•    şəxsiyyət vəsiqəsinin surəti;
•    3x4 sm ölçüdə 2 ədəd fotoşəkil;
•    sağlamlıq haqqında arayış;

Sənədlər 2019-cu il iyun ayının 1-dən avqust ayının 20-dək (istirahət günlərindən başqa) saat 10:00-16:00-dək qəbul edilir.

Ünvan: ADU-nun 3 saylı tədris binası Bakı şəh., Nərimanov ray., Təbriz küç., 81, III mərtəbə, otaq 308.

Tel: (012) 564 22 48; (055) 302 88 57

E-mail: [email protected]

Sayt: www.adu.edu.az