23 Avqust 2019
22 Avqust 2019
Nazirlər Kabineti qaydalara dəyişiklik etdi: ən azı 30 gün sonra...
Nazirlər Kabineti  qaydalara dəyişiklik etdi:ən azı 30 gün sonra... İQTİSADİYYAT 23:18 2019-05-20

Nazirlər Kabineti Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”nda dəyişiklik edib.

Unikal.org xəbər verir ki, qüvvədə olan Qaydaya əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktında onun dərc edildiyi gündən 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir.

Dəyişikliyə əsasən, müddətə dair tələb dəyişib. Başqa sözlə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktında onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir.

Qeyd edək ki, müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərtilə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktı onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.