Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonunun Fikirtepe hissəsində üçmərtəbəli binada baş verən yanğın nəticəsində ölən və yaralanlar var.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın ətrafdakı 3 müxtəlif təyinatlı binaya da keçib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım heyəti cəlb edilib . Binaların 4 və 5-ci mərtəblərində qalan sakinlər təxliyyə olunub.

Yanğın baş verən boş bina kağız toplayanlar tərəfindən anbar kimi istiafədə olunurmuş. Ona görə orada qalan insanlardan bir neçəsinin yanğın nəticəsində öldüyü ehtimal edilir.