Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın Sverdlovsk vilayətinə səfər edəcək.

Unikal.org-un məlumatına görə, nümayəndə heyəti iyulun 8-11-də Yekaterinburq şəhərində baş tutacaq “İnnoprom” X Beynəlxalq Sənaye Sərgisində iştirak edəcək. 

Nümayəndə heyətinə dövlət rəsmiləri və yerli istehsalçı şirkətlərin nümayəndələri daxil olacaqlar.

Azərbaycanın Yekaterinburqdakı Baş Konsulu İlqar İsgəndərov bildirib ki, Azərbaycan ilk dəfə olaraq belə bir yüksək rütbəli şəxslərlə İnnoprom sərgisində iştirak edəcək. Onun sözlərinə görə, artıq bu sərgidə iştirak etmək üçün ölkənin iri şirkətləri maraq göstəriblər: “Mən əminəm ki, Sverdlovsk vilayətinin hökuməti ilə birgə işi qurulması, danışıqların aparılması, işgüzar görüşlərin təşkil edilməsi əməkdaşlıq üçün yeni perspektivlər yaradacaq və gələcək dialoq üçün impuls verəcək. Gələcəkdə ümid edirik ki, bu münasibətlər Sverdlovsk vilayətinin nümayəndə heyətinin Azərbaycana planlaşdırılan səfəri zamanı da davam etdiriləcək”.

Qeyd edək ki, İnnoprom Beynəlxalq sərgisi iyulun 8-11-də Yekaterinburq şəhərində keçiriləcək. Sərgidə Rusiyanın 25 regionundan, həmçinin 80 ölkədən nümayəndə heyəti iştirak edəcəklər. Artıq Avstriya, Tayvan, Qazaxıstan, Belarus, Fransa, Çexiya, Slovakiya, İtaliya, Çin, Yaponiya və Cənubi Koreya səgidə iştirak edəcəklərini təsdiqləyiblər.