Ukrayna prezidenti Vladimir Zelenski ilk işgüzar səfərini Luqansk vilayətinə edib və burada Ukrayna hərbçilərinin mövqelərini nəzərdən keçirib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, Zelenski döyüşçülərlə onların məişət şəraiti, texnika, mənzillə və sosial zərflə təchizatları, bölmələrin komplektləşdirilməsi ilə maraqlanıb.

Qeyd olunub ki, dövlət başçısı hərbçilərin məişət şəaitlərinin yaxşılaşdırılmasının zəruriliyini vurğulayıb.

“Ukraynanı müdafiə edən hərbçilərin şəraiti normal olmalıdır”, - Zelenski bildirib.