21 İyun 2019
20 İyun 2019
Ər və arvad arasında dava ölümlə bitdi - VİDEO
Ər və arvad arasında dava ölümlə bitdi- VİDEO DÜNYA 10:20 2019-05-28

Diyarbakırda avtobusda baş verən silahlı hücum nəticəsində 2 nəfər ölüb, biri uşaq olmaqla 2 nəfər də yaralanıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı hücuma səbəb İzmirdəki bir ailə mübahisəsi düşüb. Silahlı hücum da məhz bu ər-arvad mübahisəsindən qaynaqlanıb.  

Belə ki, İzmirin Güzelbahçe mahalında 34 yaşlı Hayrettin İkilik həyat yoldaşı 27 yaşlı S.İ-yə şiddət göstərdiyinə görə, onun qohumları tərəfindən ağac dəyənəklərlə döyülərək xəstəxanalıq edilib.

Xəstəxanaya aparılan İkilik həkimin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.  Hadisədən sonra Hayrettin İkilikin yaxınları onun həyat yoldaşı S.İ-nin atası Piresin Bıkmış ilə qardaşı Hasan Bıkmışı Diyarbakırda vuraraq öldürüb. 

Hayrettin İkilik  3 uşaq atası və pidə ustasıdır. Polis hadisə ilə bağlı İkilikin həyat yoldaşını və 2 saxlayıb. Hadisə ilə bağlı cinayət işi açılıb


  • Ər və arvad arasında dava ölümlə bitdi- VİDEO
  • Ər və arvad arasında dava ölümlə bitdi- VİDEO