16 Sentyabr 2019
15 Sentyabr 2019
Paytaxtın sabiq meri arvadını öldürdü, sonra isə...
Paytaxtın sabiq meri arvadını öldürdü,sonra isə... DÜNYA 21:05 2019-05-28

Tehranın sabiq meri həyat yoldaşını qətlə yetirdiyi üçün həbs olunub.

Unikal.org xəbər verir ki, sabiq mer Məhəmmədəli Nəcəfi polis idarəsinə müraciətində bu gün səhər həyat yoldaşını odlu silahla qətlə yetirdiyini etiraf edib.

Məlumata görə, Mitra Ustadi merin ikinci həyat yoldaşıdır. O bu gün səhər evində bir neçə güllə yarası alaraq qətl yetirilib. Polis əsas şübhəli kimi onun  həyat yoldaşı sabiq mer M.Nəcəfini axtarırmış, günün ikinci yarısı mer özü polisə təslim olub və qətli törətdiyini bildirib.

Nəcəfi qətldə istifadə etdiyi odlu silahı da polisə təqdim edib. Sabiq mer cinayəti ailədaxili münaqişə zəminində törətdiyini bildirib.