Bakıda birmərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 45 m² olan birmərtəbəli evin mətbəxinin tavanı 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.