Yasamal rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Unikal.org-un məlumatına görə, hadisə Şərifzadə küçəsində baş verib.

Belə ki, 1996-ci il təvəllüdlü Hüseynov Cahad Ərəstun oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Ona iki bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.