Gürcüstan parlamentində millət vəkilləri arasında mübahisə fiziki qarşıdurmaya səbəb olub.

Unikal.org Gürcüstanın “İctimai” kanalına istinadən xəbər verir ki, əvvəlcə  müstəqil millət vəkili Levan Gogiçaişvili ilə Mixail Kavelaşvili arasında mübahisə baş verib. Daha sonra “Gürcü Arzusu” partiyasının üzvü Muxran Vaxtangadzenin də mübahisəyə qoşulmasından sonra millət vəkilləri bir-birilərini itələməyə başlayıblar.

Digər deputatların müdaxiləsindən sonra tərəflər  iclas zalından çıxıb digər otaqda mübahisəyə davam ediblər. Jurnalistlərin otağa daxil olmasına icazə verilməyib. Mübahisənin səbəbi bilinmir.