Bakıda dəhşətli hadisə baş verib.

Unikal.org  primetime.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində ər öz həyat yoldaşını qətlə yetirib.

Hadisə şahidlərinin sözlərinə görə, ər arvadının başını kəsərək onu 4-cü mərtəbədən aşağı atıb. Özü isə hadisə yerindən qaçıb.

İlkin ehtimallara görə buna səbəb, xəyanət və ailədaxili münaqişə olub.