Xəbər verdiyimiz kimi, dünən Saatlı rayonunda 73 yaşlı qadın intihara cəhd edib. Hadisə rayonun Dədə Qorqud kəndində qeydə alınıb. Belə ki, U.M. üzərinə benzin töküb və özünü yandırıb.

Unikal.org report-a istinadən xəbər verir ki, yaxınları tərəfindən hadisəyə müdaxilə edilib, yanğın söndürülüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib. 

73 yaşlı Muradova Umleyla Bakıda müalicə olunduğu xəstəxanda dünyasını dəyişib.

Mərhumun meyiti bu gün ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.