Çempionlar Liqasının Madriddə keçirilən “Liverpul”la “Tottenhem” arasındakı final matçından sonra “Liverpul”un bir azarkeşi itkin düşüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Makauli Neus adlı azarkeşdən oyundan sonra xəbər alınmayıb. 23 yaşlı gənc tərəfdar iyunun 1-də keçirilən final matçından sonra İngiltərəyə qayıtmalı idi. Lakin “Liverpul”un azarkeşləri ilə birgə qələbəni qeyd edən Neusu daha sonra görən olmayıb.

“Liverpul” “Tottenhem”i 2:0 hesabı ilə məğlub edib.