25 İyun 2019
24 İyun 2019
Kənan Doğulu və Beren Saat boşanır - Xəyanəti üzə çıxdı (VİDEO)
Kənan Doğulu və Beren Saat boşanır- Xəyanəti üzə çıxdı (VİDEO) MƏDƏNİYYƏT-ŞOU 14:19 2019-06-04

Boşanacaqları xəbərləriyylə gündəmdən düşməyən Beren Saat və Kənan Doğulu cütlüyü haqqında daha bir iddia ortaya atılıb. Müğənni həyat yoldaşı Beren Saata xəyanət edib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, B.Saatın dünən "İnstagram"da həyat yoldaşı Kənan Doğulunun doğum gününü təbrik etmək üçün yazdığı qeyddə xəyanət edilməsi mövzusu diqqət çəkmişdi. 

2-ci Səyfənin verilişində bildirilib ki, Kənan Doğulu konsert verdikdən sonra gecə evinə getmək əvəzinə Zincirlikuyudakı bir otelə yollanıb. Bu olay aktrisanın qulağına çatıb və o əsəbləşərək həyat yoldaşıyla mübahisə edib. 

Həmin  gündən sonra ayrı evlərdə yaşayan cütlük münasibətlərini düzəltmək üçün çətin anlar yaşayırlar. 

Qeyd edək ki, "boşanmaq işin ən asan tərəfidir" deyən Beren Saatın "Güvənmək, bağlanmaq, bağışlamaq, vaz keçmək bütün bu ağır duyğusal müddətlə bağlı maraqlanan yoxdur" yazması, onun xəyanətə uğraması barədə iddiaların ortaya atılmasına səbəb olmuşdu.  

 


  • Kənan Doğulu və Beren Saat boşanır- Xəyanəti üzə çıxdı (VİDEO)
  • Kənan Doğulu və Beren Saat boşanır- Xəyanəti üzə çıxdı (VİDEO)
  • Kənan Doğulu və Beren Saat boşanır- Xəyanəti üzə çıxdı (VİDEO)