21 İyun 2019
20 İyun 2019
Ramil Usubov vətəndaşları qəbul edəcək
Ramil Usubov vətəndaşları qəbul edəcək CƏMİYYƏT 16:19 2019-06-04

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov iyun ayının 22-də Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. 

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə vəsəlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.