Sumqayıt şəhərində yanğın olub.

Unikal.org xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin “Energetik” Mədəniyyət Evinin dam örtüyü qəfildənyanmağa başlayıb. Dərhal əraziyə 4 yanğınsöndürən texnika və canlı qüvvəcəlb olunub.

Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.