Misirin Daxili İşlər Nazirliyinin (DİN) qüvvələri Sinay yarımadasında Əl-Ariş şəhərindəki nəzarət-buraxılış məntəqəsinə hücumda iştirak edən 14 terrorçunu məhv edib.

Unikal.org xəbər verir ki, bu barədə DİN-in məlumatında deyilir.

Qeyd olunur ki, polis nəzarət-baxış məntəqəsinə hücum edən terrorçuları təqib edib. Bu zaman Əl-Msaid rayonundakı yaşayış olmayan evlərin birində bir qrup yaraqlı aşkarlanıb. Terrorçular polis qüvvələrinə atəş açıblar. Polisin cavab atəşi ilə onlar zərərsizləşdiriliblər. Əməliyyat nəticəsində hadisə yerində silah-sursat aşkar edilib.