16 Sentyabr 2019
15 Sentyabr 2019
Təcavüzdə ittiham olunan Neymarın VİDEOSU yayıldı
Təcavüzdə ittiham olunan NeymarınVİDEOSU yayıldı İDMAN 16:32 2019-06-06

Xəbər verdiyimiz kimi, PSJ-nin braziliyalı ulduzu Neymarın Najila Trindadeyə təcavüz etməkdə günahlandırılır. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, məsələ prtaya çıxan bir video ilə daha da böyüyüb. Həmin görüntüləri Najila ötürüb.

Videoda Neymarla Najilanın bir otaqda mübahisə etdiyi və qadının futbolçuya vurduğu görünür. Neymar “Vurma, vurma” deyərkən, Najila “Səni niyə vurduğumu bilirsən? Çünki dünən sən mənə təcavüz etdin” deyərək qışqırır və otaqdan çıxır.

Braziliyadakı telekanallardan birinə açıqlama verən Najila, bunları deyib:

“İnstagram”dan mesajlaşırdıq. Bir müddət sonra məni Parisə çağırdı, amma mən yol xərclərini ödəyə bilməzdim. O, otel və təyyarə biletini aldıqdan sonra məni yenidən çağırdı. Təcavüz etdiyi gün mənə həm də sillə vurdu. Mənə təcavüz etdi, həm də şiddətə məruz qoydu. Hər şey çox sürətli baş verdi”.

Neymar məsələylə bağlı açıqlama vermıyib. Ancaq futbolçunun atası Neymar Santos bütün iddiaları yalanlayıb və bunun qadının bir qurmas olduğunu deyib:

“Oğlumu qorumağa ehtiyac yoxdur. Video hər şeyi izah edir. Hər şey normal olduğu halda, qadın birdən oğlumu vurmağa başlayır. Onu təxribata çəkir. Sonra da Neymar cavab verir. Hər şeyin bir oyundan ibarət olduğunu görürsüz.  Oğlum otağa girməmişdən əvvəl kamera hazırlanıb, hər şey qurulub. Videonun tam yayılması lazımdır. Polis bu məsələni yaxşı araşdırır. Onlar da bu görüntülərdən sonra videonun tam versiyasını istədi”.

Najilanın əlindəki görüntülərin 7 dəqiqədən daha çox olduğu bildirilir.