25 İyun 2019
24 İyun 2019
İki kişi qadınları küçədə vəhşicəsinə döydü - VİDEO
İki kişi qadınları küçədə vəhşicəsinə döydü- VİDEO DÜNYA 11:25 2019-06-10

Oteldən çıxan iki şəxs iki əcnəbi qadına hücum çəkib və onları küçənin ortasında vəhşicəsinə döyüblər. Hadisə Türkiyənin  Beyoğlu mahalında baş verib.

Unikal.org Türkiyə mətbutaına istinadən xəbər verir ki, hücum çəkən şəxslərdən biri qadını yaxınlıqdakı mağazanın  pəncərəsinə çırpıb. Çırpılmanın təsirindən şüşə parçalanıb və qadın yaralanıb.

Yaralı qadın hadisə yerindən qaçsa da hücum çəkın şəxslərdən biri əlinə şüşə qırığı alaraq onu izləməyə başlayıb. Qaçan qadının rəfiqəsi onu qorumağa çalışarkən hücum çəkən şəxs onun üzünə şüşə kəsiyi ilə zərbələr endirib.  Qadının rəfiqəsi yerə yıxıldıqdan sonra kişi onun ardınca qaçmağa davam edib.

Rəfiqəsi yenidən müdaxilə etməyə çalışsa da vəhşi adam onu döyməyə davam edib. Ərazidən keçən sakinlərdən biri araya girib. Bu zaman hər iki qadın qaçmağa nail olblar.

Hadisə yerinə polis əməkdaşları gələrək iki kişini saxlayıb. Ancaq qadınlar onlara hücum çəkən şəxslərdən şikayətçi olmayıb. Bu səbəbdən həmin şəxslər sərbəst buraxılıb.

Olay anı təhlükəsizlik kameralarına düşüb.