Paytaxtın Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Bakıxanov küçəsindən yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsindən keçərkən 1995-ci il təvəllüdlü Hüseynova Jalə Tapdıq qızını naməlum  avtomobil vurub. Sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.