Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Mehman Həsənov naməlum şəxs tərəfindən döyülüb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxana aparılıb. Ona beyin silkələnməsi və burnun sınığı diaqnozu qoyulub. Yaralı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.