21 Sentyabr 2019
20 Sentyabr 2019
“Məlumat əsaslı idarəçilik” təliminə start verildi - FOTO
“Məlumat əsaslı idarəçilik” təliminə start verildi- FOTO İQTİSADİYYAT 15:57 2019-06-11

“İKT LAB” Tətbiq və Tədris Mərkəzi ən müasir texnoloji trendlərə əsasən mütəmadi olaraq yeni təlimlər təşkil edir.

Unikal.org xəbər verir ki, bu dəfə intellektual idarəetmə sisteminin qurulmasında məlumatların xüsusi əhəmiyyətini nəzərə alaraq “Məlumat əsaslı idarəçilik” (“Data-Driven Governance”) təlimi təşkil edilib.

Təlimin məqsədi məlumatların əhəmiyyəti, toplanması və istifadəsi üzrə praktiki və nəzəri biliklər əldə etmək istəyən mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır. 

Təlimdə bir sıra nazirlik və dövlət qurumlarının əməkdaşları iştirak edir. Təlimdə data sahəsi üzrə peşəkar mütəxəssislər müxtəlif mövzularda seminarlar keçir. Təlimin sonunda dövlət qurumlarının data əsaslı idarəçilik üzrə təcrübəsi iştirakçıların təqdimatları əsasında müzakirə olunacaq. Təlim 5 gün davam edəcək. 


  • “Məlumat əsaslı idarəçilik” təliminə start verildi- FOTO
  • “Məlumat əsaslı idarəçilik” təliminə start verildi- FOTO
  • “Məlumat əsaslı idarəçilik” təliminə start verildi- FOTO