Yevlax və Ağcabədidə taxıl sahələrində yanğın olub.

Unikal.org xəbər verir ki, Ağcabədi rayonunun Xocavənd kəndində 1 ha biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa Yevlax şəhərinin Aran qəsəbəsində 0,07 ha biçilməmiş, 0,03 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub və yanğın söndürülüb.