Qax  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Balakən rayonu Gərəkli kənd sakini Xəlil İsaxəliyev saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, Ona məxsus “ Opel” markalı avtomobilin yük yerinə baxış keçirilən zaman oradan   əkilib-becərilməsi qadağan olunmuş 13 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb. Dindirilmə zamanı X. İsaxəliyev həmin narkotik tərkibli bitkiləri Qax rayonu Qorağan kəndi  ərazisində yetişdirdiyini bildirib. 

Faktla bağlı RPŞ-də araşdırma aparılır.