05 Dekabr 2019
50 yaşlı kişini "tok" vurdu
50 yaşlı kişini "tok" vurdu HADİSƏ 22:28 2019-06-15

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

Unikal.org "Report"a istinadən  xəbər verir ki, rayonun Seyyid Hüseyn küçəsində yaşayan 1969-cu il təvəllüdlü Yusifov Teymur Rəşid oğlunu evdə cərəyan vurub.

Zərərçəkmiş "təcili yardım" maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılarkən, yolda keçinib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.