22 İyul 2019
21 İyul 2019
Norveçdə Quran-ı Kərimi yerə atdılar - VİDEO
Norveçdə Quran-ı Kərimi yerə atdılar -VİDEO DÜNYA 10:14 2019-06-16

Norveçdə İslamın qadağan edilməsi üçün aksiya keçirilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, aksiya çərçivəsində "Norveçdə islamlaşmanı dayandırın" qrupunun rəhbəri Anna Braten, Quran-ı Kərimi yerə ataraq müsəlmanlara təhqirlər yağdırıb.

Nümayiş Norveçin paytaxtı Osloya 45 kilometr uzaqlıqda müsəlmanların sıx yaşadığı Drammen qəsəbəsində keçirilib. Aksiya iştirakçıları İslam dinin təbliğini Norveçdə qadağan edilməsini istəyib. Qrupun rəhbəri Anna Braten Quran-ı Kərim kitabının olduğu hər yerdən yığışdırılmasını tələb edib. Aksiyaya polis müdaxilə edib, Anna Braten, Quran-ı Kərimi  yerə çırpıb. Bu zaman müsəlmanlarla aksiya iştirakçıları arasında kiçik insident yaranıb.