05 Dekabr 2019
Camal Kaşıkçının cəsədi hardadır? - XİN rəhbərindən AÇIQLAMA
Camal Kaşıkçının cəsədi hardadır? -XİN rəhbərindən AÇIQLAMA DÜNYA 11:02 2019-06-16

Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil Cubeyr İstanbuldakı konsulluğda vəhşicəsinə öldürülən tanınmış müxalifətçi ərəb jurnalist, “Washington Post” yazarı Camal Kaşıkçının cəsədinin harada olmasına münasibət bildirib. 
Unikal.org
xəbər verir ki, CNN Internationala danışan Adil Cubeyr iddia edib ki, Camal Kaşıkçının cəsədinin harada olması ilə bağlı, rəsmi Ankaraya sorğu göndərsək də cavab almadıqlarını bildirib: “Kaşıkçının cəsədinin harada olması ilə bağlı Türkiyədən məlumat istədik. Ancaq hələ də bir cavab ala bilməmişik".


Adil Cubeyr ABŞ Konqresinin, Camal Kaşıkçı cinayətinin şəffaf araşdırılması səbəbindən Səudiyyə Ərəbistanına silah satışını dayandırma ilə bağlı qərarını da şərh edib: “Bu məsələdə ABŞ Konqresini razı salmağa çalışırıq. ABŞ-ın Səudiyyə Ərəbistanına silah göndərməsi vacibdir. Bu hər iki dövlətin ortaq düşməninə qarşı (İran) apardığı mübarizəsinə lazımdır.  Hazırda Yəməndə İran təsiri altında bir rəhbərlik qurulmasına qarışı mübarizə aparırıq. Əgər ABŞ Səudiyyə Ərəbistanına silah verməzsə, maraqlarını qorumaq üçün bölgəyə daha çox əsgər göndərməyə məcburdur qalacaq. Son aylarda ABŞ Hörmüz boğazına təyyarə, gəmilərini körfəzə göndərdi".
XİN rəhbəri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Saud jurnalist Camal Kaşıkçının qətlinə göstəriş verməsi  ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: “"Bu çox axmaq iddiadır. Kaşıkçının öldürülmə mövzusunda hər hansı bir şəxsə səlahiyyət verilməsi söz mövzusu deyil. Kaşıkçının öldürülməsinin arxasındakı səbəbin nə olduğunu anlamağa çalışırıq. Bu bir səhv idi. Belə bir şeyin təkrar olmaması üçün qəti tədbirlər görürük".