Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü İbrahimova Solmaz Şirin qızı Ceyhun Hacıbəyli küçəsində yolu keçmək istəyən zaman onu "90-NC-031" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.