Şamaxı rayonunun Sabir qəsəbəsində yanğın olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 24 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.