Bakıda şirkətin anbarından 76 ədəd televizor oğurlanıb.

Unikal.org xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Lökbatan qəsəbəsində yerləşən “Baku Hospitality Group” MMC-yə məxsus anbardan 2018-ci ilin iyulundan 2019-cu ilin mayınadək ayrı-ayrı vaxtlarda 76 ədəd televizor yoxa çıxıb. MMC-nin direktoru bu barədə Qaradağ Rayon Polis İdarəsinə müraciət edib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən cəmiyyətə məxsus anbarda anbardar işləyən Abdullayev Kamran Yaşar oğlu oğurluq cinayətində şübhəli bilindiyi üçün saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.