Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org "Report"a istinadən xəbər verir ki, şəhər ərazisində yolu keçmək istəyən, rayon sakini, 1954-cü il təvəllüdlü Qasımov Bəybala Rəhim oğlunu avtomobil vurub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yaralı ətrafdakılarım köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.