Suraxanı rayonunda bıçaqlanma hadisəsi olub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

Belə ki, 29 yaşlı Nəcəfova Əsli Tərlan qızı yaşadığı evdə əri ilə mübahisə edib. Nəticədə Ə.Nəcəfova əri tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisə barədə Suraxanı Rayon Polis İdarəsinə məlumat verilib.