Kürdəmir rayonunda şəxsi təsərrüfatda yanğın baş verib. 

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Karrar kəndi ərazisində qeydə alınıb. 

Nəticədə həmin kəndin sakini Məhəmməd Qasımova məxsus 30 metrlik çardaqda 5 ton taxıl, 3500 ot bağlaması, 2 baş iribuynuzlu və 4 baş xırdabuynuzlu heyvan yanıb. 

Hadisə yerinə Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisəyə elektrik xətlərində yaranan qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.