24 İyul 2019
23 İyul 2019
Ərdoğan: “Ahmet Kayanın məzarını Türkiyəyə gətirə bilərik”
Ərdoğan:“Ahmet Kayanın məzarını Türkiyəyə gətirə bilərik” DÜNYA 20:17 2019-06-19

Türkiyənin məşhur müğənnisi Ahmet Kayanın cənazəsi Fransadan Türkiyəyə gətirilərək dəfn edilə bilər.

Unikal.org xəbər verir ki, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Kral FM”də canlı yayımda bildirib.

R. T. Ərdoğan deyib ki, əgər ailəsi istərsə, bunu üçün müvafiq addımları atarlar. Türkiyə Prezidenti ölkədə hər hansı partiyanın seçicisinə həqarətlə yanaşmadığını, tənqidlərinin həmin partiyaların terrorla əlaqəli rəhbərliyinə yönəlik olduğunu vurğulayıb.

Qeyd edək ki, Ə. Kaya 28 oktyabr 1957-ci ildə Malatyada anadan olub. Anası türk, atası kürd əsilli olan A. Kaya mahnılarında terroru təbliğdə günahlandırılıb. A. Kaya16 noyabr 2000-ci ildə Parisdə evində ürək tutmasından vəfat edib, 17 noyabrda Parisdə dəfn olunub.