22 İyul 2019
21 İyul 2019
Bakıda əməliyyat - Bələdiyyə sədrinin əməlləri ifşa olundu
Bakıda əməliyyat- Bələdiyyə sədrinin əməlləri ifşa olundu HADİSƏ 12:58 2019-06-20

Bakıda bələdiyyə sədri cəzalandırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildirilib.

Verilən məlumata görə, iyunun 18-də paytaxtın Suraxanı rayonu ərazisində reyd keçirilib. Reyd zamanı Zığ bələdiyyəsinin inzibati binasının arxa hissəsində məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Zığ bələdiyyəsinin sədri K.Nəsrullayev İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilmişdir.

Bu istiqamətdə tədbirlər davam etdirilir.