Iyunun 21-dən 30-dək Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunları keçiriləcək.  Ayın 25-dən 30-dək isə II Avropa Oyunları çərçivəsində güləş yarışları baş tutacaq. 

Bununla bağlı Olimpiya Güləş Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın açıq məşqi baş tutub. Komandamızın heyəti bu gün baş tutan məşqdən sonra tam şəkildə açıqlanıb. 

Unikal.org xəbər verir ki, yarışda ölkəmizi 16 güləşçi təmsil edəcək. Onlardan 6-sı sərbəst güləş, 5-i yunan-Roma, 5-i isə qadın güləşində güclərini sınayacaq. 

Bildirilib ki, yekun heyətdə fiziki hazırlığı istənilən səviyyədə olmayan olimpiya çempionu Toğrul Əsgərovu Hacımurad Hacıyev, çəki problemi olan Cəbrayıl Həsənovu isə Aleksandr Qostiyev əvəzləyib.

Sərbəst güləş: Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Aleksandr Qostiyev (86 kq), Nurməhəmməd Hacıyev (97 kq), Cəmaləddin Məhəmmədov (125 kq);

Yunan-Roma güləşi: Sakit Əliyev (60 kq), Kərim Cəfərov (67 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (130 kq);

Qadın güləşi: Mariya Stadnik (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (68 kq), Səbirə Əliyeva (76 kq)