Tbilisidə müxalifətin növbəti etiraz aksiyası başlayıb. 

Unikal.org  xəbər verir ki, artıq parlamentin binası önündə iki mindən çox adam toplaşıb. Mitinqdə əsasən daxili işlər naziri Georgi Qaxariyanın istefası və iyunun 20-də keçirilmiş aksiya zamanı saxlanılanların dərhal azad edilməsi tələb olunur.

Gürcüstanın əsas müxalifət partiyalarının rəhbərləri xalqa müraciət edərək hamını Rustaveli prospektinə - parlamentin binası önünə toplaşmağa çağırırlar.

Məlumat üçün qeyd edək ki, iyunun 20-də Tbilisidə Rusiya nümayəndə heyətinin Parlamentlərarası Pravoslav Assambleyasında iştirakına qarşı kütləvi etiraz aksiyası keçirilib. Parlamentin binasına girməyə cəhd göstərən etirazçılarla polis arasında qarşıdurma yaşanıb.