Bakıda 19 yaşlı oğlan bıçaqlanıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə  Xətai rayonu, Babək prospekti 32 ünvanında qeydə alınıb. 

Şəhər sakini, 2000-ci il təvəllüdlü Orxan Quliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub. Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma başlanılıb.