16 İyul 2019
15 İyul 2019
"Rusiya vətəndaşları Gürcüstana tam rahat gələ bilərlər" - BƏYANAT
"Rusiya vətəndaşları Gürcüstana tam rahat gələ bilərlər" -BƏYANAT DÜNYA 17:12 2019-06-22

"Rusiya vətəndaşları Gürcüstana tam rahat gələ bilərlər, ölkədə hətta anti-Rusiya aksiyaları fonunda onlar üçün təhlükə yoxdur".

Unikal.org-un İnterfaks-a istinadla verdiyi xəbərinə görə, bu barədə Gürcüstanın Turizm Departamenti bəyanat yayıb.

Bildirilib ki, dünyanın müxtəlif yerlərindən gələn turistlər ölkənin görməli yerlərini ziyarət edə bilərlər: "Lakin Tbilisinin mərkəzi hissəsində diqqətli olmaq və insanların kütləvi yığışdığı yerlərdən uzaq olmaq tövsiyə olunur".

Ölkədəki etiraz aksiyalarının ictimai nəqliyyatın işinə təsir göstərmədiyi də vurğulanıb.

Bir qədər əvvəl məlum olub ki, ruslar Gürcüstana olan biletlərini kütləvi şəkildə qaytarırlar.