15 Oktyabr 2019
Rusiya hava məkanını Gürcüstana bağlayır
Rusiya hava məkanını Gürcüstana bağlayır DÜNYA 21:31 2019-06-22

İyulun 8-dən etibarən Gürcüstan Hava Yolları şirkətinin Rusiya ərazisindəki uçuşları dayandırılacaq.

Unikal.org  xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, Gürcüstan tərəfi artıq bununla bağlı məlumatlandırılıb.

Nazirlik bunun səbəbinin aviasiya təhlükəsizliyinin təmin edilməsi və ödənməmiş borclarla əlaqələndirib.

"Hazırda mövcud olan borc 792 min 543,19 ABŞ dolları və 592 min 251,95 Rusiya rubludur. Gürcüstan tərəfi 2008-ci ildən bəri borcunu tam ödəyə bilməyib", - deyə nazirliyin məlumatında bildirilib.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti hökumətə Rusiya vətəndaşlarının Gürcüstandan geri qaytarılması haqqında göstəriş verib. V. Putinin imzaladığı fərmana əsasən, iyulun 8-dən etibarən Rusiyadan Gürcüstan istiqamətində sərnişin və ticarət uçuşları müvəqqəti dayandırılacaq.