Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində səs verib.

Unikal.org bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, nəticələri İstanbuldan izləyəcək: "Əminəm ki, İstanbul seçisici ən doğru qərarı verəcək, xeyirli olsun".

Qeyd edək ki, bu gün İstabulda təkrar bələdiyyə seçkiləri keçirilir.

Əsas mübarizə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedir.