Xətai rayonunda yerləşən “Megafun” əyləncə mərkəzində dünən baş vermiş partlayışın görüntüsü yayılıb.

Unikal.org  qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülərdən məlum olur ki, partlayışa janqlyorun əlindəki alovu şarlara yaxınlaşdırması səbəb olub.

Qeyd edək ki, insident zamanı 8 nəfər xəsarət alıb. Onlardan 3-ü azyaşlıdır.