Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 2 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri batan şəxslərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitlərini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.