Bakının Nəsimi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü Əliyev Firudin Əli oğlu Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi qarşısında yolu keçərkən onu maşın vurub.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona təpə və sol baldır nahiyələrinin sıyrılmış yaraları diaqnozu qoyulub.