19 Oktyabr 2019
18 Oktyabr 2019
Ərdoğan təşəkkür etdi - Binəli Yıldırım ağladı (FOTO+VİDEO)
Ərdoğan təşəkkür etdi- Binəli Yıldırım ağladı (FOTO+VİDEO) DÜNYA 16:17 2019-06-25

Prezident Rəcəb Tayyib Ərdoğan Binali Yıldırıma təşəkkür edib. 

Unikal.org xəbər verir ki, Ərdoğan 23 İyun İstanbul seçkilərindən sonra AK Partiyanın ilk qrup toplantısında çıxış edib.  Prezidentin çıxışı zamanı  Yıldırımın kədərli görüntüsü diqqətlərdən yayınmayıb. 

Prezident Rəcəb Tayyib Ərdoğan qeyri-rəsmi nəticələrə görə İstanbul Bələdiyyə seçkisində məğlub olan Cumhur İttifaqı İstanbul Namizədi Binali Yıldırıma təşəkkür edib. 

"Təbii ki, biz Binali bəyin seçikidə qazanmasını arzu etdik. Ona buradan təşəkkürümü bildirirəm. Binali bəy, İstanbulda bürokrat olaraq başladığı xidmət səfərini Məclis Başçısı olaraq bu günə qədər davam etdirib. Özü bu qədər məlumatını, təcrübəsini, proyektini həyata keçirmək üçün namizəd olmuşdu. Ancaq İstanbul xalqının təqdiri bu şəkildədir. Bizim üçün əhəmiyyətli olan milli iradənin təcəlli etməsidir. Son seçkidə kimin qazanmasından da önəmlisi milli iradənin təcəllisi baxımından qiymətlidir". 


  • Ərdoğan təşəkkür etdi- Binəli Yıldırım ağladı (FOTO+VİDEO)
  • Ərdoğan təşəkkür etdi- Binəli Yıldırım ağladı (FOTO+VİDEO)