22 İyul 2019
21 İyul 2019
Dönərxanadakı kütləvi zəhərlənmənin səbəbi məlum oldu
Dönərxanadakı kütləvi zəhərlənmənin səbəbi məlum oldu CƏMİYYƏT 13:56 2019-06-26

Dünən Bakının Xətai rayonu, Babək prospekti, "Maşın bazarı” adlanan ərazisində yerləşəndönərxanada 12 nəfər şəxsdə bir neçə saatdan sonra baş verən zəhərlənmənin səbəbləri məlum olub.

Unikal.org xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Araşdırmalar nəticəsində qeyd olunan obyektin vətəndaş Məmmədov Ramis Arif oğluna məxsus olması aşkarlanıb.

Zəhərlənməyə səbəbin baytarlıq-sanitariya nəzarətindən keçirilməyən ət və ət məhsullarından hazırlanan qidalar və emal sahəsində qida təhlükəsizliyi qaydalarının ciddi şəkildə pozulması olduğu bildirilir.

Araşdırmalar davam etdirilir.

Qeyd edilirki, zəhərlənən 12 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılıb, 1 nəfərin müalicəsi isə Klinik Tibbi Mərkəzdə davam etdirilir. Hazırda onun vəziyyəti qənaətbəxşdir.