Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən  xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb.

Ot aparan ZİL markalı yük maşını ilə “VAZ 2107” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ 2107”nin sürücüsü, 1973-cü il təvəllüdlü Tağıyev Elmar hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılıb.